Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib

Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib

Tarix: 05 Nov 2026 13:14

“Avropa Komissiyasının hesabatı sərt deyil. Sənəd yalnız faktlara əsaslansaydı, sərt ola bilərdi. Bu hesabat onun müəllifləri üçün sərtdir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa bürokratiyasının zorakılıq törədənlərin azad olunmasını tələb etməsi qəbuledilməzdir.

“Hesabatın müəlliflərinin real faktlara əsaslanan hər hansı tənqidi müşahidə təqdim edə bilməmələri təəssüf doğuran bir haldır”, - deyə Baş nazir əlavə edib.

İrakli Kobaxidze vurğulayıb ki, hesabatda qeyd olunan hallar Avropa bürokratiyasının bugünkü acınacaqlı reallığını bir daha ifşa edir.

Hökumət başçısı əlavə edib ki, Avropa Komissiyasının Gürcüstanda qəbul edilmiş “Xarici təsirin şəffaflığı” haqqında Qanunun ləğvi ilə bağlı tələbi yerinə yetirilməyəcək.

Qeyd edək ki, Avropa Komissiyası ötən gün 2026-cı il üzrə genişlənmə paketini açıqlayıb. Sənəddə bildirilib ki, Gürcüstanda məhkəmə sistemi və fundamental hüquqlar sahəsində artıq üçüncü ildir geriləmə müşahidə olunur. Gürcüstan hakimiyyətinin ötən il təqdim olunan tövsiyələri yerinə yetirmədiyi vurğulanıb.

Bundan əlavə, hesabatda Gürcüstan hakimiyyətinə siyasətçilər, jurnalistlər və fəallar da daxil olmaqla, həbs edilmiş bütün şəxsləri azad etməklə bağlı çağırış da yer alıb.

Kobaxidze Gürcüstan Aİ

Mənbə: apa.az

Xəbər Lenti