Hacıqabulda baş verən qəzada ölən sürücünün kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Tarix: 16 Dec 2025 01:29

Xəbər verdiyimiz kimi, Bakı–Qazax magistral yolunun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə nəticəsində Qazax rayonunun Şıxlı kənd sakini, 1981-ci il təvəllüdlü Qocayev Aydın Qoca oğlu hadisə yerində həyatını itirib. *** 00:56 Hacıqabulda baş verən qəzada sürücü ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistral yolunun Hacıqabul rayonu Padar kəndi ərazisindən keçən hissəsində baş verib. Avtomobil daşıyan yük maşını idarəetməni itirərək mişar daşı daşıyan “KamAZ” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində avtomobil daşıyan yük maşınının sürücüsü hadisə yerində həyatını itirib. Sıxılmış vəziyyətdə qalan meyit FHN-in xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Xəbər Lenti