Nuri Şahin “Borrusiya” Dortmund komandasının baş məşqçisi təyin olunub

Tarix: 29.12.2023 12:17

Türkiyə futbol millisinin sabiq üzvü Nuri Şahin gələn ildən “Borrusiya” Dortmund komandasının baş məşqçisi olacaq.

APA xəbər verir ki, bununla bağlı Nuri Şahinlə klub arasında razılıq əldə olunub.

Nuri Şahin gələn ildən 4 il müddətinə “Borrusiya” Dortmund komandasının baş məşqçisi olacaq.

Bu mövsüm isə o, “Borrusiya” Dortmund komandasının hazırkı baş məşqçisi Edin Terzicin köməkçisi kimi çalışacaq.

Qeyd edək ki, Nuri Şahin Türkiyənin “Antalyaspor” komandasının baş məşqçisi idi.

Xəbər Lenti