Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

Tarix: 17 Dec 2025 10:58

Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

APA xəbər verir ki, hadisə dekabrın 16-da Qovlar şəhərində baş verib. Qəsəbə sakinləri - 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, arvadı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Araşdırmalar aparılır.

Selcan Zaurqızı dəm qazı Tovuz

Xəbər Lenti