Qubada maşın piyadanı vurub

Tarix: 18 Dec 2025 09:19

Qubada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü, Murad Ömərov idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yolun kənarındakı 1976-cı il təvəllüdlü piyada Saleh Əliyevi vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Emin Şirvanzadə Quba piyada ölüm

Xəbər Lenti