BDU Mirmahmud Mirəlioğlunun nəvəsinin vəfatı ilə bağlı məlumat yayıb

Tarix: 18 Dec 2025 10:42

Bakı Dövlət Universiteti Mirmahmud Mirəlioğlunun nəvəsinin vəfatı ilə bağlı məlumat yayıb.

APA xəbər verir ki, məlumatda vəfat edən Müşfiq Fəttayevin BDU-nun İqtisadiyyat fakültəsinin tələbəsi olduğu qeyd edilib.

"Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisası üzrə II kurs tələbəsi Müşfiq Mirmehdi oğlu Fəttayev vəfat edib. BDU rəhbərliyi və kollektivi tələbəmizin vaxtsız vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından vəfat edib.

Mirmahmud Mirəlioğlu Müşfiq Fəttayev ölüm BDU

Xəbər Lenti