Qusarda qadın qətlə yetirilib, əri tutulub

Tarix: 18 Dec 2025 10:35

Qusar rayonunda qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə dekabrın 16-da səhər saatlarında rayonun Hil kəndinin ərazisində qeydə alınıb.

Evdə kənd sakini 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis tərəfindən keçirilən tədbirlərlə onu keçmiş əri kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürməsi müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Selcan Zaurqızı Qusar qətl

Xəbər Lenti