Cümə axşamı, 18 Dekabr, 2025
Tarix: 18 Dec 2025 10:20
Naxçıvanda 66 yaşlı kişi ocaqda yanaraq ölüb.
APA xəbər verir ki, hadisə Naxçıvan şəhərində baş verib. Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü İsayev Arif Əli oğlu səhər saatlarında yaşadığı evin həyətində yandırdığı ocağın üzərinə yıxılıb. Bir qədər sonra onun yanmış meyiti aşkar edilib.
İlkin məlumata görə, 1 ay əvvəl ürək əməliyyatı keçirmiş A.İsayev ocağa benzin tökəndə ürək tutmasından ocağa yıxılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı Naxçıvan Şəhər Prokrorluğunda araşdırma aparılır.
Ceyhun Məmmədov Naxçıvan yanğın hadisə ölüm faktı