Abşeronda narkotikin təsiri altında maşın sürən şəxs tutulub

Tarix: 19 Dec 2025 11:39

Abşeron rayonunda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.

APA xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğu üçün “Toyota” markalı, 77-KJ-867 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kamran Bədəlov saxlanılıb. Yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinə zamanı K.Bədəlovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub. Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə K.Bədəlov 20 sutka inzibati qaydada həbs edilib. Həmin sürücünün bir müddət əvvəl də avtomobili narkotik vasitələrin təsiri altında idarə etdiyi üçün məsuliyyətə cəlb edildiyi bildirilir.

Emin Şirvanzadə Abşeron narkotik sürücü həbs

Xəbər Lenti