Bu il Azərbaycanda narkotiklə bağlı 85 əcnəbi tutulub

Tarix: 19 Dec 2025 11:23

2025-ci ilin yanvar-noyabr ayları ərzində narkotiklə 85 xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilib.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.

Onlardan ümumilikdə 936 kq 501,249 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülüb. Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 231 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 847 kq 095,152 qr və 15 516 həb metadon narkotik vasitə və psixotrop maddə, 13194 ədəd həb və 5,7 qr güclü təsir edən maddə çıxarılıb. Ümumilikdə, aşkar edilmiş cinayətlərin 274 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 658kq 377,574 qr nakotik vasitə, psixotrop maddə maddə və 309 kq 436,2 qr güclü təsir edən maddə müsadirə edilib.

narkotik əcnəbi

Xəbər Lenti