Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum olub

Tarix: 19 Dec 2025 17:34

Meyxanaçı Kərim Novruzov sabah Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn ediləcək.

Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçiriləcək.

Qeyd edək ki, o bu gün uzun sürən xəstəlikdən sonra yaşadığı mənzildə vəfat edib.

İlkin Naib

Xəbər Lenti