Vardanyanın xeyriyyəçi adı ilə separatçı fəaliyyətindən bəhs edən filmin rəsmi nümayişi keçirilib - FOTO

Tarix: 19 Dec 2025 19:17

Nizami Kino Mərkəzində AnewZ TV-nin araşdırma seriyasından “The Oligarch’s Design” sənədli filminin rəsmi nümayişi keçirilib.

APA xəbər veiri ki, mərasimdə çıxış edən AnewZ” televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev qeyd edib ki, film 8 ölkədə, 10-11 ay zaman ərzində çəkilib.

"Filmin Ermənistanda çəkilən hissələrində Ruben Vardanyanla müxtəlif təşkilatlar daxilində birgə fəaliyyət göstərən şəxslərdən müsahibələr götürülüb ki, bura qondarma “Dağlıq Qarabağ Respublikası”nın “rəsmi” şəxsi də daxildir", - deyə o bildirib.

Daha sonra çıxış edən AnewZ” TV kanalının baş redaktoru Qay Şoun bildirib ki, beynəlxalq araşdırma təşkilatları tərəfindən dərc edilmiş materiallar filmin faktoloji bazasının bir hissəsini təşkil edir.

"Azərbaycan, Ermənistan və Ukraynada aparılmış araşdırmalar və müsahibələr, həmçinin deputatlar, prokurorlar, regional ekspertlər və jurnalistlərin təhlilləri əsasında təqdim olunur",- deyə Qay Şoun vurğulayıb.

The Oligarch's Design" açıq mənbə məlumatlarına və milyardlarla dolların ofşor strukturlar vasitəsilə hərəkət etdirildiyi "Troika Laundromat" maliyyə şəbəkəsini aşkara çıxaran beynəlxalq tədqiqatlara əsaslanır.

Sənədli filmin əsas bölmələrindən biri Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib bölgəyə köçməsi və tanlnmamış separatçı rejimin siyasi müstəvisində fəaliyyətə başlaması prosesinə həsr olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib.

İlkin Naib Vardanyan məhkəmə film xeyriyyəçi separatçı “AnewZ” "The Oligarch's Design"

Xəbər Lenti