, 21 Dekabr, 2025
Tarix: 21 Dec 2025 00:17
Şəki rayonunun Bideyiz kəndi ərazisində canavarın hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə dekabrın 20-si saat 23 radələrində baş verib.
Canavar kənd sakinləri 1998-ci il təvəllüdlü Nazilə Qurbanova, 1976-cı il təvəllüdlü Sevinc Qurbanova, 1973-ci il təvəllüdlü Gündüz Lətifov, 1998-ci il təvəllüdlü Fariz Lətifov və 2020-ci il təvəllüdlü Zaur Qurbanova hücum edərək xəsarət yetirib.
Xəsarət alan şəxslər dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Vüqar Heydərov