Bazar ertəsi, 22 Dekabr, 2025
Tarix: 22 Dec 2025 10:29
Bərdədə restoranda meyit tapılıb.
APA xəbər verir ki, hadisə dekabrın 21-də baş verib. Yenidaşkənd kənd sakini 1987-ci il təvəllüdlü Coşqun Babayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisində yerləşən işlədiyi Soyuqbulaq restoranının mühafizə otağında tapılıb. Araşdırma aparılır.
Selcan Zaurqızı Bərdə restoran meyit