Göyçayda qadın dəm qazından boğularaq ölüb

Tarix: 22 Dec 2025 09:56

Göyçayda bədbəxt hadisə baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, qadın dəm qazından boğularaq ölüb.

Hadisə dekabrın 21- də baş verib. Belə ki, rayon sakini Mirzəliyeva Lalə İsgəndər qızı evin həyətyanı sahəsində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

İlham Əhmədov Göyçay dəm qazı ölüm

Xəbər Lenti