İcra başçısının həbsdə olan sabiq müavini də azadlığa buraxılıb

Tarix: 22 Dec 2025 11:50

Amnistika aktı Neftçalanın icra başçının ictimai-siyasi və humanitar məsələlər üzrə həbsdə olan sabiq müavini Gültəkin Sadıqovaya da şamil olunub.

APA xəbər verir ki, o, bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, Neftçalanın sabiq icra başçının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova 2021-ci il oktyabrın 29-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 6 il 6 ay azadlıqdan mərhum edilib.

O, məhkəmə zalında həbs olunub.

Gültəkin Sadıqova Neftçala İcra başçısının sabiq müavini Amnistiya

Xəbər Lenti