Bazar ertəsi, 22 Dekabr, 2025
Tarix: 22 Dec 2025 14:27
Amnistiya aktı Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevə də şamil olunub.
APA xəbər verir ki, o, bu gün cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
O, məhkəmənin qərarı ilə 8 il müddətə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 5 ilə endirilib.
Amnistiya aktı ilə o, cəzasının çəkilməyən hissəsindən azad edilib.
Emin Şirvanzadə Elşad Kəlbəliyev Amnistiya