“Azərpoçt” J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının dünyada yayılmasına çalışacaq

Tarix: 23 Dec 2025 10:36

AZAL-ın əməkdaşlarının, pilot və bələdçilərin fədakarlığı sayəsində təyyarə qəzası zamanı insan itkisi az oldu.

“APA-Economics” xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin sədri İsi Mustafayev J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının təqdimatı zamanı bildirib.

O qeyd edib ki, bu poçt markasının sayəsində hadisə qurbanlarının xatirəsi daim yaşayacaq: “Azərpoçt” qarşıdakı 4 il ərzində Ümumdünya Poçt İttifaqı ilə münasibətlərdən istifadə edərək bu markanın bütün dünyaya yayılmasına çalışacaq”.

AZAL Qazaxıstan Azərpoçt

Xəbər Lenti