Çərşənbə axşamı, 23 Dekabr, 2025
Tarix: 23 Dec 2025 11:22
Dünyanın istənilən nöqtəsində təyyarə qəzaları ilə əlaqədar tənzimləyici sənədlərdə tövsiyə olunur ki, adətən, hadisə baş verdikdən sonra bir il ərzində təhqiqat başa çatmalıdır.
"APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti İlham Əmirov deyib.
O vurğulayıb ki, bununla bağlı şərt qoyulmur, tövsiyə edilir: “Çünki burada nəticələr olduqca vacib bir əhəmiyyət daşıyır. Bunu sonradan bütün dünya aviasiya qurumlarına yayırlar ki, belə hadisələr bir də gələcəkdə baş verməsin. Məhdudiyyət yoxdur. Qəza hadisələri ilə bağlı təhqiqatlar illərlə davam edə bilər, əgər buna ehtiyac varsa. Məsələn, hansısa bir təhqiqat gedirsə, təyyarənin hansısa bir hissəsini, cihazını, aqreqatını təhlil etmək üçün müəyyən institutlarda onun "açılışını" edib baxırlar. Bu, çox zaman apara bilər. Amma adətən tövsiyə olunur ki, bir ilə başa çatsın. Məhdudiyyət qoymurlar, çünki yaranmış təhqiqat komissiyası hadisənin səbəbini tam obyektiv, əminlik şəklində tapa bilməyibsə, o məhdudiyyətin təsirindən məcbur olub vaxtın darlığına görə hansısa qeyri-obyektivliyə yol verə bilər. Buna görə də beynəlxalq standart məhdudiyyət qoymayıb".
Əşrəf Mehdiyev AZAL Qazaxıstan təyyarə qəzası