Səməd Bəşirli: Orta Dəhliz Türkiyə ilə tərəfdaşlıq üçün yeni logistika imkanları yaradır

Tarix: 23 Dec 2025 11:11

Orta Dəhlizin təqdim etdiyi logistika potensialı və digər layihələr Türkiyə ilə qarşılıqlı faydalı tərəfdaşlığımıza əlavə imkanlar açır.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

Səməd Bəşirli bildirib ki, Orta Dəhlizin rəqəmsal həllərlə gücləndirilməsi və ticarətin asanlaşdırılması üzrə addımlar həm ölkələrimiz üçün, həm də region üçün tranzit imkanlarını genişləndirir.

"Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirib. Bununla yanaşı, gələcəkdə Zəngəzur dəhlizi beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə öz töhfəsini verəcək" - deyə nazir müavini qeyd edib.

Şükran Məmmədov Orta Dəhliz

Xəbər Lenti