Çərşənbə axşamı, 23 Dekabr, 2025
Tarix: 23 Dec 2025 13:34
Xəzərdən keçməklə Çinə uzanan Orta Dəhliz çox əhəmiyyətlidir.
"APA-Economics" xəbər verir ki, bunu Türkiyə ticarət nazirinin müavini Mustafa Tuzcu II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
O bildirib ki, Şimal Dəhlizi ilə müqayisədə Orta Dəhliz 2 min kilometr daha əlverişlidir. Dəniz İpək Yolu ilə müqayisədə isə 15 gün daha qısadır:
"Orta Dəhliz xüsusilə Çinlə Avropa arasındakı çatdırılma müddətini təxminən 15 günə endirən bir xüsusiyyətə malikdir və bu baxımdan olduqca kritik əhəmiyyət daşıyır. Yəni Orta Dəhliz təkcə siyasi baxımdan deyil, eyni zamanda effektivlik və səmərəlilik baxımından da son dərəcə önəmlidir".
Şükran Məmmədov Orta dəhliz