Çərşənbə axşamı, 23 Dekabr, 2025
Tarix: 23 Dec 2025 15:39
“AzInTelecom” süni intellekt layihələrinin həyata keçirilməsi, ölkənin süni intellekt sahəsində inkişafının sürətləndirilməsi və rəqəmsal inkişafa təkan verilməsi məqsədilə Superkompüter Mərkəzi qurub.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq “AzInTelecom”dan bildirilib.
Məlumata görə, Superkompüter Mərkəzinin yaradılması ölkədə süni intellekt ekosisteminin inkişafı baxımından strateji əhəmiyyət daşıyır:
"Belə ki, yüksək performanslı Qrafik Proses Modulu (Graphics Processing Unit – GPU) çipləri üzərində qurulan Mərkəz böyükhəcmli məlumatların emalı ilə süni intellekt modellərinin sürətli işləməsini təmin edən texnoloji infrastruktur rolunu oynayacaq. Bu infrastruktur sayəsində yerli süni intellekt layihələrinin xarici resurslardan asılılıq olmadan ölkə daxilində inkişaf etdirilməsi mümkün olacaq".
Qeyd edilib ki, hazırda 140-dan çox dövlət qurumunun İT sistemləri “AzInTelecom” MMC-nin data mərkəzlərində yerləşdirilib.
Əşrəf Mehdiyev süni intellekt mərkəz