Çərşənbə, 24 Dekabr, 2025
Tarix: 24 Dec 2025 12:56
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə şəhərsalma və memarlıq sahəsində misilsiz nailiyyətlər əldə olunub.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov deyib.
O qeyd edib ki, şəhərlərimizin planlı inkişafı yeni bir məzmun alıb:
“Bakı şəhərinin, eləcə də ölkəmizin digər şəhərlərinin planlaşdırma sənədləri hazırlanmışdır və Bakının Baş planı 2023-cü ilin sonlarında qəbul edilib. Həmin plana uyğun olaraq Bakı şəhərində ardıcıl və davamlı işlər görülür, yaşayış məhəllələri salınır, sənaye obyektləri inşa edilir, yol-nəqliyyat infrastrukturu yenilənir və bir sıra digər zəruri tədbirlər, o cümlədən ekologiyanın sağlamlaşdırılması istiqamətində tədbirlər görülür.
Ötən dövrdə inşa edilmiş Heydər Əliyev Mərkəzi, Ağ Şəhər layihələri, müxtəlif yaşayış kompleksləri misilsiz şəhərsalma və memarlıq nümunələridir və növbəti illərdə ölkəmizdə memarlığın və şəhərsalmanın inkişafına ciddi təkan verən amillərdir”.
“Bu dövrdə landşaft memarlığında da böyük nailiyyətlər əldə olunub. İstər Dənizkənarı Milli Parkın yenidən qurulması, istərsə də Mərkəzi Şəhər Parkının salınması bu sahədə böyük nailiyyətlərdir. Şəhərimizin ekoloji sağlamlığının yaxşılaşdırılmasına və sakinlərin asudə vaxtlarının səmərəli və mənalı keçirilməsinə şərait yaradılıb”, - deyə o əlavə edib.
Əşrəf Mehdiyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İlqar İsbatov