Çərşənbə, 24 Dekabr, 2025
Tarix: 24 Dec 2025 12:48
Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezidentin Sərəncamı böyük tarixi köklərə dayanır. “APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov deyib.
O qeyd edib ki, Azərbaycan həm şəhərsalma, həm memarlıq sahəsində dünyaya böyük töhfələr vermiş ölkədir:
“Ölkəmizin ərazisində dünya irs siyahısına daxil edilmiş İçərişəhər, Qız qalası, Şirvanşahlar kompleksi kimi abidələr vardır. Həmçinin Şəki şəhəri də həmin siyahıya daxil edilmək ərəfəsindədir. Azərbaycan qədimdən şəhərsalma və memarlıq sənətinin təşəkkül tapdığı və inkişaf etdiyi ərazilərdən biridir. Burada qədim memarlıq məktəbləri mövcud olmuşdur və bu işlər tarixin növbəti mərhələlərində uğurla davam etdirilib. Xüsusən Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bu sahədə müasir dövrün tələblərinə uyğun kəskin dəyişikliklər edilib və proses sistemli şəkildə aparılıb. Şəhərlərimizin, kəndlərimizin planlaşdırılmasında əsaslı dönüş əldə olunmuşdur. Bu işlərin davamlı və ardıcıl olması üçün institusional təsisatların yaradılması həyata keçirilib”.
Əşrəf Mehdiyev Şəki şəhəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi