Cümə, 26 Dekabr, 2025
Tarix: 26 Dec 2025 12:34
Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar 27 dekabr saat 00:00-dan etibarən Əhməd Rəcəbli küçəsindən Fətəli Xan Xoyski küçəsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
"APA-Economics" xəbər verir ki, sürücülərdən aparılan işlərə əlaqədar öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Emil İsmayılov avtomobil yolu hərəkət nəqliyyat vasitələri