30 yaşında karyerasını başa vurdu

30 yaşında karyerasını başa vurdu

Tarix: 13 Nov 2023 23:23

Azərbaycanlı futbolçu Vüqar Bəybalayev peşəkar karyerasını başa vurub.

“Qafqazinfo” xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Bəlkə də, bu günlərdə həyatımın ən çətin, bir o qədər də vacib qərarlarından birini verməli oldum. Ancaq öz-özümə “artıq vaxtıdır” - deyib belə bir qərar aldım. Bildirmək istəyirəm ki, bu gündən etibarən 6 yaşımdan başladığım və ömrümün 24 ilini həsr etdiyim peşəkar futbolçu karyeramı bitirirəm!”, - paylaşımda qeyd edib.

Qeyd edək ki, Vüqar Bəybalayev “Bakı”nın yetirməsidir. O, karyerası ərzində “Turan Tovuz”, “Rəvan”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Səbail”, “Televi” (Gürcüstan) və “Sumqayıt”da çıxış edib. Vüqar Bəybalayev son olaraq I Liqa təmsilçisi “İrəvan”da oynayıb.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti