“Neftçi”nin futbolçusu Fələstin millisinə çağırıldı

“Neftçi”nin futbolçusu Fələstin millisinə çağırıldı

Tarix: 14 Nov 2023 03:29

“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin milli komandasına dəvət alıb.

“Qafqazinfo” xəbər verir ki, 29 yaşlı futbolçu yığmanın heyətində dünya çempionatının seçmə mərhələsi oyunlarında iştirak edə bilər.

Fələstin millisi noyabrın 16-da BƏƏ-də Livan, ayın 21-də isə Küveytdə Avstraliya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Caber Fələstin milli komandasının heyətində 4 oyun keçirib.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti