"Antalyaspor"un israilli futbolçusu barəsində istintaq başladılıb

Tarix: 15.01.2024 02:12

"Antalyaspor"un israilli futbolçusu Sagiv Jehezkel 68-ci dəqiqədə vurduğu qol sevincinə görə heyətdən kənarlaşdırılıb.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

O qol sevincini nümayiş etdirərkən biləyindəki sarğıda "100 days 07.10" yazısını göstərib.

Qeyd olunub ki, israilli futbolçunun sol biləyində Qəzza ilə müharibənin başladığı tarix və 100-cü gün vurğusu olduğu görülüb.

Hadisə ilə bağlı klub açıqlama yayıb:

“Bu gün qol vurduqdan sonra biləyindəki yazıları paylaşaraq, ölkəmizin milli dəyərlərinə zidd hərəkət etdiyi görülən Saqiv Jehezkelin idarə heyətinin qərarı ilə heyətdən kənarlaşdırılmasına qərar verilib. "Trabzonspor"la oynadığımız matçın 68-ci dəqiqəsində yaşanan hadisədə ölkəmizin həssaslığına qarşı davranışa icazə verməyəcək. Futbolçusu barəsində istintaq başladılıb”, - deyə qeyd olunub.

Türkiyə Futbol Federasiyası hadisəni pisləyib.

Xaırladaq ki, "Antalyaspor"un "Qaziantep" ilə səfər matçı öncəsi fələstinlilər üçün bir dəqiqqəlik sükuta qatılmaq istəmədiyi üçün Jehezkel müvəqqəti olaraq bir həftə heyətdən kənarda qalıb.

Xəbər Lenti