Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi bu gün Bakıya gətirilir, o, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq

Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi bu gün Bakıya gətirilir, o, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq

Tarix: 15 Jan 2026 09:24

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevla vida və dəfn mərasimi sabah saat 11:00-də keçiriləcək.

Bu barədə APA-ya mərhumun ailə üzvləri məlumat verib.

O, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.

Qeyd edək ki, onun cənazəsi bu gün axşam Bakıya gətiriləcək.

Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Şahin Tağıyev İsveçdə qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.

Milli Qəhrəman Şahin Tağıyev

Mənbə: apa.az

Xəbər Lenti