Lənkəranda arvadını qətlə yetirən şəxsə hökm oxunub

Tarix: 15 Jan 2026 10:58

Lənkəranda arvadını öldürməkdə təqsirləndirilən Nicat Lələzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sərdliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Nicat Lələzadə 17 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqust ayında Lənkəranda baş verib. Nicat Lələzadə ondan boşanmaq istəyən Əfsanə Lələzadəni aralarında yaranan mübahisə zəminində bıçaqlayıb. Qadın xəstəxanada ölüb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Emin Şirvanzadə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsi Nicat Lələzadə Əfsanə Lələzadə

Xəbər Lenti