Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 17:27
Ötən il ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən Rusiya Federasiyası daxil olmaqla 140 ölkə vətəndaşı barədə ümumilikdə 23500 inzibati qərar qəbul edilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, 2025-ci il ərzində ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı 1884 qərar qəbul edilib.
Günay Elşən Dövlət Miqrasiya Xidməti deportasiya