Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb

Tarix: 15 Jan 2026 16:42

Füzuli rayonunda iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Qarabağ kəndi ərazisində qeydə alınıb. Məlumata görə, avtomobili işlək vəziyyətdə saxlayaraq yatan şəxslər - 1977-ci il təvəllüdlü Bayram Hətəmov və onun qardaşı oğlu 1998-ci il təvəllüdlü Vüsal Hətəmli dəm qazından boğulublar.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy Füzuli dəm qazı avtomobil

Xəbər Lenti