Çərşənbə, 6 May, 2026
Tarix: 19 Jan 2024 08:30
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Qaraçinar kəndində səyyar görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri, bir qrup ictimai fəallar və sakinlər iştirak edib.
Sakinləri dinləyən icra başçısı mövcud problemlərin, o cümlədən elektrik enerjisi və rabitə məsələlərinin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə, məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirib.




