Azərbaycanda sabit və mobil internetin sürəti artıb

Tarix: 16 Jan 2026 12:07

2025-ci ilin dekabr ayında Azərbaycan dünyada sabit genişzolaqlı internetin orta sürətinə (88,83 Mbps) görə oktyabr ayına nisbətən 1 pillə geriləyərək 156 ölkə arasında 86-cı olub.

“APA-Economics” bu barədə "Ookla" şirkətinin "Speedtest Global Index" hesabatına istinadən xəbər verir.

Noyabr ayı ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 3,11% artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (410.06 Mbps), axırıncı yeri isə Kuba (3,82 Mbps) tutub.

Dekabr ayında Azərbaycan dünyada mobil internetin sürətinə görə, noyabr ayına nisbətən 1 pillə geriləyərək 105 ölkə arasında 53-cü olub. Belə ki, ötən ay ölkədə mobil internet sürəti 87,92 Mbps təşkil edib. Bu isə noyabr ayı ilə müqayisədə 5,5% çoxdur. Mobil internetin sürətinə görə siyahıda birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (691,76 Mbps), sonuncu yeri isə Əfqanıstan (14,87 Mbps) tutub.

Dekabr ayında Bakı sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 199 şəhər arasında 88,14 Mbps sürətlə 116-cı yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində Əbu Dabi (420.37 Mbps) şəhəri birinci pillədə gəlib. Sonuncu pilləni Hələb (2,94 Mbps) tutub. Bakı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 104,70 Mbps sürətlə 150 şəhər arasında 80-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (835.57 Mbps), sonuncu yeri La Pas (Boliviya) (12.25 Mbps) tutub.

Əşrəf Mehdiyev internet sürət

Xəbər Lenti