Bazar ertəsi, 4 May, 2026
Tarix: 19 Jan 2024 13:47
Xəbər verdiyimiz kimi, Yasamal rayonu, M.Müşfiq küçəsindəki mərasim evinin tavanı çöküb.
Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerindən FHN-in yaydığı əməliyyat görüntülərini təqdim edirik: