Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Tarix: 17 Jan 2026 08:24

Zaqatalada qazdan zəhərlənmə faktı qeydə alınıb. APAnın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saat 22:00 radələrində Zaqatala şəhəri Ərəblinski küçəsi, 50 ünvanında baş verib.

1960-cı il təvəllüdlü Sura Vəliyullah qızı Səmədova, 1994-cü il təvəllüdlü İranə İlham qızı Səmədova, 2020-ci il təvəllüdlü İsrafil Polad oğlu Səmədsoy və 2024-cü il təvəllüdlü Elisa Polad qızı Səmədsoy zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Birinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Müayinə zamanı məlum olub ki, bir ailənin dörd üzvü, o cümlədən iki azyaşlı qazdan zəhərlənib. Zəruri tibbi yardım göstərildikdən sonra ana İranə Səmədova və övladları İsrafil və Elisa Səmədsoyların vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıblar.

Sura Səmədovanın müalicəsi isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Xəbər Lenti