Tramp: “Qızıl Günbəz” sistemindən effektiv istifadə üçün ABŞ-ın Qrenlandiyaya ehtiyacı var

Tarix: 17 Jan 2026 23:47

“Qızıl Günbəz” Hava Hücumundan Müdafiə sistemi yalnız Qrenlandiya ABŞ-a qoşulacağı təqdirdə tam təsirli olacaq”.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

"Qrenlandiyanı əldə etmək ehtiyacı “Qızıl Günbəz” və digər müasir müdafiə və hücum silahları səbəbindən xüsusilə vacibdir. Hazırda Kanadanın mümkün müdafiəsi ilə bağlı proqramlar da daxil olmaqla, “Qızıl Günbəz”lə bağlı təhlükəsizlik proqramlarına yüz milyardlarla dollar xərclənir", - o bildirib.

Xəbər Lenti