Çərşənbə axşamı, 13 Oktyabr, 2026
Tarix: 13 Oct 2026 10:33
“Mən “44”ə filmdən çox həyat, tarix kimi yanaşıram. Azərbaycanımızın, millətin şanlı tarixidir”.
APA xəbər verir ki, bunu “44” filminin premyerasından əvvəl juralistlərə açıqlamasında filmin baş rol ifaçılarından biri, aktyor İbrahim Çingiz deyib.
“Hər bir azərbaycanlı, təbii, istəyər ki, bu 44 günün bir parçası olsun, mən də oldum. Mən Qarabağa qayğısız bir gənc kimi getdim, amma ordan xeyli müdrikləşmiş insan kimi qayıtdım. Mənim üçün çox böyük əhəmiyyəti var bu filmin. Tamaşaçı izləyib bunu başa düşəcək”, — o qeyd edib.
Nadir Yalçın 44 film premyera mətbuat konfransı İbrahim ÇingizMənbə: apa.az