Ağsuda zəlzələ olub - YENİLƏNİB

Tarix: 18 Jan 2026 09:33

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhədində, Ağsu rayonu ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, yerli vaxtla saat 07.56-da baş verən zəlzələ episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 4 km dərinlikdə yerləşib.

***

saat 08.45

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 07.56-da baş verib. 3,7 maqnitudalı zəlzələ ocağının dərinliyi 9 kilometr olub.

Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub.

Xəbər Lenti