Mingəçevirdə evdə yanğın zamanı xəsarət alan şəxs xəstəxanada ölüb

Tarix: 18 Jan 2026 10:47

Mingəçevirdə fərdi yaşayış evində yanğın olub, yanıq xəsarətləri alan şəxs xəstəxanada ölüb.

APA-nın yerli müxbiri xəbər verir ki, yanvarın 16-da Mingəçevir şəhərində 54 yaşlı İlqar Rüstəmova məxsus fərdi yaşayış evində yanğın baş verib.

Hadisə zamanı yanıq xəsarəti alan İlqar Rüstəmov yanvarın 17-də xəstəxanada ölüb.

Qeyd edək ki, yanğının elektrik qızdırıcısının aşması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy Mingəçevir ev yanğın ölüm

Xəbər Lenti