Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

Tarix: 20 Jan 2024 12:48

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə APA-ya Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Prokurorluq əməkdaşları şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad edib.

Xəbər Lenti