, 18 Yanvar, 2026
Tarix: 18 Jan 2026 21:34
Bakı şəhəri, Səbail rayonu, Sahil metrosunun yaxınlığında yerləşən dönərxanada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. *** 21:12 Səbail rayonu, Sahil metrosunun yaxınlığında dönərxanada yanğın baş verib.
APA xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Sənan Bəhrəmli