Bazar ertəsi, 4 May, 2026
Tarix: 20 Jan 2024 16:53
Bakı Avrasiya Universitetinin professor-müəllim heyəti və tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər.
“Qafqazinfo” xəbər verir ki, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının, 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Bildirilib ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi-hüquqi qiymətin verildiyi 20 Yanvar hadisələri Azərbaycan xalqının qan yaddaşı olub.
20 Yanvar faciəsinin dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən tanınması, günahkarların cəzalandırılması istiqamətində bugün də mühüm işlər görülür. Xalqımızın müstəqilliyinə və milli birliyinə mühüm təkan verən 20 Yanvar hadisələri Şəhidlərinin xatirəsi daim qəlblərimizdə yaşayacaq!


