Bazar ertəsi, 4 May, 2026
Tarix: 20 Jan 2024 19:05
Bu gün “20 Yanvar” faciəsinin 34-cü ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı və qurumun əməkdaşları, eləcə də rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin digər üzvlərinin iştirakı ilə ilk öncə Bakıxanov qəsəbəsindəki “Şəhidlər xiyabanı” ziyarət edilib.
“Qafqazinfo” xəbər verir ki, Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək əziz xatirələri ehtiramla yad edilib.
Qeyd edək ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar faciəsi zamanı şəhid və əlil olanların ailələri humanitar yardımla təmin edilib.


