Yeni Zelandiyada 5,2 bal gücündə zəlzələ baş verib

Tarix: 19 Jan 2026 05:54

Yeni Zelandiyanın cənub-qərb sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.

Fəlakətin episentri Stüart adasından təxminən 160 kilometr cənub-qərbdə yerləşib, zəlzələnin ocağı isə 10 kilometr dərinlikdə olub.

Hazırda tələfat və dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Xəbər Lenti