Ananın məhkum övladına narkotik gətirməsinin qarşısı alınıb

Tarix: 19 Jan 2026 16:11

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həbs edilmiş şəxsə anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan idman şalvarının balağındakı rezinə xüsusi üsulla hopdurularaq gizlədilmiş 0,118 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Emin Şirvanzadə Ədliyyə Nazirliyi narkotik maddə istintaq təcridxanası

Xəbər Lenti