Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 19 Jan 2026 16:04
Cəlilabad–Yardımlı yolu bağlanıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, güclü qarın yağması səbəbindən Cəlilabad–Yardımlı avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti tamamilə dayanıb.
Sakinlərin verdiyi məlumata görə, ötən gündən yağan qar nəticəsində Yardımlı rayonu ərazisindən keçən hissəsində əsasən də döngələrdə hərəkət mümkünsüz olub. Hazırda bu istiqamətdə yolda nəqliyyat vasitələrinin hərəkəti tam dayanıb.
Aidiyyəti qurumlar Cəlilabad-Yardımlı yolunda qarın təmizlənməsi işləri aparır, nəqliyyatın hərəkəti qismən təmin olunur.
Bölgədəki qeyri-sabit hava şəraitinə görə sürücülərə ehtiyatlı olmaları və mümkün olduqda dağlıq ərazilərə səfərdən çəkinmələri tövsiyə olunur.
Cəlilabad-Yardımlı yolu Qar