Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 19 Jan 2026 17:34
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Neftçala və Xızıda narıncı xəbərdarlığa uyğun olaraq şimal küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı, Salyan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Daşkəsən, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq şimal küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Günay Elşən Milli Hidrometeorologiya Xidməti hava xəbərdarlıq külək