Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 19 Jan 2026 18:04
Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhərinin ərazisində qeydə alınıb. “KamAZ” markalı yük avtomobili ilə “Hyundai” markalı avtomobil toqquşub. Avtomobildə olan bir nəfər ölüb, bir nəfər xəsarət alaraq Salyan rayon xəstəxanasına yerləşdirlib. Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı Salyan yol qəzası