Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 20 Jan 2026 12:56
Sabah Azərbaycanda hava necə olacaq?
Yanvarın 21-də gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.
Havanın temperaturu gecə 2°şaxtadan 1°-dək isti, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 3-8° şaxta olacaq.
Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Günay Elşən Hava proqnoz yağış qar külək Milli Hidrometerologiya Xidməti